Şairə Afət oğlu Muradla...

Yazar: afet55 @ Fevral 14, 2009 22:00

sekilsekil

Afət. Şeirlər 7-ci hissə

Yazar: afet55 @ Fevral 14, 2009 19:00

yurd

 sekilDağlar

Düzülübdü sıra dağlar
Könlüm gözü qan-yaş ağlar.
Kimsə məni ovutmaz
Mənə həmdəm olun dağlar.

Bir parça daşın olaydım,
Zirvəndə qarın olaydım.
Torpağın, tozun olaydım
Qalaydım qoynunda dağlar.

Səndən ayrı canım yarı
Qala bilmirəm heç ayrı.
Harda olsam sənə sarı
Gələrəm, gələrəm dağlar.

Davamı...

Afət. Şeirlər 6-ci hissə

Yazar: afet55 @ Fevral 14, 2009 18:53

sekil 

Daha sevda uzaqlarda


Səhər hələ açılmayıb alatoran,
Yuxum qaçıb gör nə vaxtdır,
Fikrim duman.
Dönməyinə ümid yoxdur,
Yoxdur güman
Daha sevda uzaqlarda.

Davamı...

Afət. Şeirlər 5-ci hissə

Yazar: afet55 @ Fevral 14, 2009 18:26


sekil
Sabah şənbə

Sabah şənbə, saat üçdə
başlanacaq müharibə.
Qəşəm Nəcəfzadənin
Şer məclisində.
Söz davası, söz xatası
al qanına boyanacaq,
qol-abırğası sınacaq hansınınsa
qalib gələcək hansısa.
...kimsə deyil fərqində.
Bu gün şənbə,

Davamı...

Afət. Şeirlər 4-ci hissə

Yazar: afet55 @ Fevral 14, 2009 18:12

sekil

Anan da mən, balan da mən
Xocalım

Kor olduqmu, kar olduqmu fəryadını eşitmədik
Talan etdi, viran etdi yağı səni biz görmədik.
Xanımların, xatınların əsir getdi, ərənlərin güllələndi
Meyitlərin torpaq üstə buğda kimi səpələndi.

Yetişmədim imdadına fəryad etdin, nalə çəkdin
Yolların kəsdi yağı dörd tərəfdən, çəkilmədin.
Vuruşduqca vuruşdunuz qəhramantək, songünədək
Qarşınızda günahkar ölənədək,
əsir düşən qadınların qisasını almayınca
Günahkarıq,
güllələnmiş balaların intiqamını almayınca.
Günahkarıq, günahkarıq Xocalını qanımızla suvarmasaq
Qədim yurdu, körpə yurdu qaytarmasaq.

Davamı...

Afət. Şeirlər 3-ci hissə

Yazar: afet55 @ Fevral 14, 2009 18:03

sekil

Yuban

Bahar, qədəminə qurban olum mən
Qurtar canımızı qış sazağından.
Başına dolanım milyon kərə mən
Bizə bir pay ayır öz qismətindən.

Sənə yalvarmağım bir əbəs deyil,
Torpağı göyərtmə Qarabağımda.
Sənin tək gəlişin mənə bəs deyil,
Yurdumun gətir gəl öz baharın da.

Davamı...

Afət. Şeirlər 2-ci hissə

Yazar: afet55 @ Fevral 14, 2009 17:56

sekil
Son ümid

Son ümidimi üzüb
Göz yaşlarının içində
Boğulduqca boğuluram.
Bir də dönməyəcək
Günlərin sən adlı
Səhifəsini bağlayıram.
Istəməyərək.
Bir də,
Bir də içimdə peşiman
Olacağın günün etiraf dolu
Son təqvimi asılıb.
Bunu görürəm də.
Bağışlamağı bacarmasam
Da belə.

Davamı...

Afət. Şeirlər 1-ci hissə

Yazar: afet55 @ Fevral 14, 2009 17:50

kitab 

Yaramaz

Mən layiq olduğum
Sevgini tapmaq
Üçün doğuldum
Elə bildim sən verəcəksən
onu mənə .
amma sən...
sən bir kölgə kimi keçdin
taleyimdən.
Kölgələr işığın düşmədiyi
bir yer
sən sevgimə isinə bilməyən
bir kəs.
Elə kölgə kimi
Heç nəyə
Yaramayan.
Yaramaz!

Davamı...


  Yazılar cəmi: 8